Regionun lider “Data Science Bootcamp” proqramı olan Datalent tələbələrə xarici mütəxəssislər tərəfindən tədris edilən təhsil təklif etməklə yanaşı, təlimi uğurla başa vuran tələbələri yerli və qlobal layihə və şirkətlərdə təcrübə proqramlarına yönləndirərək azərbaycanlı kadrların da xarici bazarda işlə təmin olunmasına şərait yaradır. Hədəfimiz Azərbaycanın dünya səviyyəli “Data Science” netvörkü, prestijli şirkətlərin ehtiyac duyduğu mütəxəssis “Data Scientist”-lər ordusu yaratmaqdır.
Datalent regionda ilk dəfə olaraq qlobal tədris standartlarına əsaslanan və məzunlarına iş qarantiyası verən dünya səviyyəli “Data Science Bootcamp” proqramıdır. 6 ay müddətində davam edən bu proqram tələbələrinin “Data Science” sahəsində yerli və qlobal şirkətlərdə karyera qurmağını hədəfləyir. Qarşısına qoyduğu bu hədəfə əsasən Datalent öz tələbələrinə keyfiyyətli və interaktiv tədrislə yanaşı bir sıra xidmətlər də təklif edir. Bu xidmətlərdən yararlanaraq “Bootcamp” proqramını uğurla başa vuran tələbələr qlobal şirkətlərin tələb etdiyi keyfiyyətlərə sahib olan “Data Scientist”-lərdən birinə çevrilir.
İş həyatında tətbiq edilən bütün nəzəri və praktiki biliklər Datalent-in xarici mütəxəssislər tərəfindən tərtib edilən tədris proqramına daxil edilmişdir. Dərs proqramında “Data Science”-ə giriş, “Python ilə proqramlaşdırmaya giriş”, “Statistika və Riyaziyyat”, “SQL”, “Power BI”, “Pyhton ilə Data Science”, “Machine Learning”, “Deep Learning” və “Artificial İntellegence” mövzuları əhatə olunur. Proqramın sonunda tələbələr professional komanda ilə birgə real “Capstone” layihələr üzərində işləyərək artıq özlərinə portfolio formalaşdırırlar. “Bootcamp” proqramını uğurla başa vuran məzunlarımız Datalent tərəfindən yerli və qlobal şirkətlərə “Data Scientist” kimi yönləndirilir.
Bu modulda ilkin mərhələ olaraq “Data Science” sahəsi üçün vacib hesab edilən ali Riyaziyyat, Statistika və Proqramlaşdırmaya giriş üzrə təməl biliklər tədris olunur.
Bu modulda data bazaların yaradılması, data bazada milyonlarla datanın təmizlənməsi, lazımi dataların seçilməsi və yönləndirilməsi tədris edilir. Modulun əsas fokusu datalar üzrə işləməyinizi təmin edərək data bazalar üçün analitik həllər vermə bacarığına yiyələnməyinizdir.
Bu modulda dataların analiz edilərək strukturlaşdırılması, dataların düzgün şəkildə vizual təsvirinin yaradılması, interaktiv qrafik cədvəllərin qurulması tədris edilir. Modulun əsas fokusu “Power BI” ilə dataları analiz etmə və peşəkar səviyyədə vizuallaşdırma bacarığına yiyələnməyinizdir.
Bu modulun əsas fokusu “Python” vasitəsi ilə “Data Science” sahəsini daha dərindən mənimsəməkdir. Belə ki, bu modulda “Python” ilə “Data Science” sahəsinə giriş, alqoritm və proqramlaşdırmanın əsasları, “Data Preprocessing” tədris edilir. Tələbələr “Python” modulunu tamamladıqdan sonra proqramlaşdırmanın əsas konseptinə hakim olacaqdır.
Bu modulda “Machine learning”, “Data mining” və statistik nümunələrin tanınması tədris edilir. Modulu tamamladıqdan sonra tələbələr bir çox effektiv “Machine learning” bacarıqlarına tam şəkildə yiyələnmiş olurlar. "Datalent - Data Science Bootcamp" proqramının əsas fokusu "Machine learning"-dir.
Bu modulda tələbələr “Artificial Intelligence”-in bir qolu olan “Deep learning” haqqında effektiv bilik və bacarıqlara yiyələnəcək, insan səsini kompüterə sintez etmək kimi layihələr işləyə biləcəklər.
Bu praktiki modulda tələbələr Deniz Kılınç və onun professional “Data Science” komandası ilə birgə real “Capstone” layihələr üzrə işləyir. Həmçinin, “Turkcell” şirkətinin Süni İntellekt komandası üzvləri ilə birgə “Artificial İntellegence” üzrə layihələr də həyata keçirilir. Bu modulun əsas fokusu Datalent məzunlarının bu layihələrlə işləməsini təşkil edərək onların “Data Science” sahəsi üzrə real iş prosesinə tam hazırlamaqdır.

“Data Scientist” son 10 illiyin ən trend və yüksək məvacibli peşəsidir. “Datalent Bootcamp” proqramını uğurla başa vuran məzunlar istər xaricdə, istərsə də Azərbaycanda prestijli şirkətlərdə “Data Scientist” kimi fəaliyyət göstərə biləcəklər.
Professional “Data Scientist”-lər yetişdirməyi hədəfləyən Datalent tələbələrin peşəkar karyeralarında uğurla addımlamasına dəstək olmaq məqsədilə fərdi konsultasiya, karyera hazırlığı kimi xidmətlər təklif edir. Xidmətlərdən yararlanan tələbələr “Data Science” sahəsində nəzəri, praktiki bilik və bacarıqlar qazanmaqla yanaşı, şəxsi brendlərini formalaşdıraraq peşəkar bir kadra çevrilirlər.
“Datalent” öz məzunlarını HR mütəxəssislər tərəfindən hazırlanmış peşəkar CV və LinkedIn, Github profillərinin professional görüntüsü ilə təmin edir. Əlavə olaraq, HR heyəti məzunlar üçün müsahibəyə hazırlıq təlimləri təşkil edir.
Təlimçi mütəxəssislər tərəfindən tələbələrə ödənişsiz fərdi konsultasiya xidməti göstəriləcəkdir. Bu görüşlərdə təlimçilər sizin “Bootcamp” boyunca göstərdiyiniz performansa əsasən, güclü və inkişaf etdirməli olduğunuz tərəflərinizi sizə bildirir. Bununla yanaşı, karyera həyatınızda daha çox fokuslanmalı olduğunuz mövzular üzrə fərdi inkişaf planı təqdim edir.
“Datalent - Data Science Bootcamp” proqramı boyunca qazanılan nailiyyətlərə əsasən, məzunlara müvafiq səviyyəli 2 dildə tərtib olunmuş rəsmi sertifikat verilir və əlavə olaraq, proqramı uğurla bitirənlərə qlobal səviyyədə tanınan referans məktubu təqdim edilir.
Tələbələrimiz proqramı bitirdikdən sonra 3 il müddətində Datalent-in təşkil etdiyi və “Google”, “Facebook” kimi prestijli şirkətlərin əməkdaşlarının yer aldığı netvörkinq tədbirləri - master-klassları, seminarları, vörkşoplarında ödənişsiz iştirak edə bilir. Bununla da, tələbələrimiz dünya səviyyəli “Data Scientist”-lərlə əlaqə yaradaraq onların təcrübələrindən yararlana və bu sahədə olan biliklərini zənginləşdirə bilir.

“Machine Learning Mühəndisi”
“Machine Learning” üzrə Google Developer Ekspert
"Süni İntellekt və Data Analitika Meneceri"
"MCSA-Microsoft Certified Solutions Associate"
"Data Scientist"
“Data Science Team Lead”
"Chief Training Officer"
Dünyaca məşhur Boğaziçi Universitetinin “Machine Learning” üzrə müəllimi Şaban Dalaman “Data Science” sahəsi üzrə 20 ildən artıq təcrübəsi olan mütəxəssisdir. Türkiyənin ODTÜ Universitetində “Computer Science” üzrə təhsilinə başlamış mütəxəssis daha sonra magistr təhsilini “Data Engineering” üzrə İstanbul Şehir Universitetində almışdır. Təhsilini tamamladıqdan sonra isə Kanadanın Toronto Universitetinində “Quantum Machine Learning Bootcamp” proqramına üzv olmuşdur.
Şaban Dalaman öz professional karyerasına “Turkish Airlines”, “Siemens Nixdorf” kimi prestijli şirkətlərdə “Software Developer” və “Project Manager” kimi başlamışdır. Daha sonra “Data Science” sahəsi üzrə fəaliyyət göstərərək mütəxəssisləşmişdir. Belə ki, o, onlarla “Data Science”, “Machine Learning” və “Murex” layihələrinə texniki rəhbərlik etmiş və bu sahə üzrə müxtəlif şirkətlərə texniki həllər və konsultasiya xidmətləri irəli sürmüşdür. Şaban Dalaman bununla yanaşı, universitetlərdə, təlimlərdə “Data Science” və “Machine Learning” üzrə tədris verən professorlardan biridir. Hazırda o, Türkiyənin İstanbul Şehir və Boğaziçi Universitetlərində “Machine Learning with Applications” sahələrini tədris edir
Veysel Kocaman 20 ilə yaxındır ki, “Software Engineering” və “Data Science” sahəsində peşəkar olaraq fəaliyyət göstərir. Magistr təhsilini Amerikada başa vurmuş, doktorantura təhsilini isə Hollandiyada davam etdirən mütəxəssis 2003-cü ildə öz fəaliyyətinə “Data Scientist” və “Data Science Instructor” kimi başlamışdır. 2017-ci ildən isə Amerikanın “Davis Real Estate LLC”, “Tribes.Aİ”, “Talent Envoy”, “John Snow Labs” kimi şirkətlərində müvafiq olaraq “Data Scientist”, “Chief Data Scientist”, “CTO” və “Principal Data Scientist” vəzifələrində çalışmışdır.
Dünyanın müxtəlif yerlərində 30-dan çox “Data Science” proyektlərinə rəhbərlik etmiş Veysel Kocaman hal-hazırda “Google” şirkətində “Google Developers Expert (GDE) in Machine Learning” kimi fəaliyyət göstərir. Onlarla məqaləsi işıq üzü görmüş Veysel Kocaman həmçinin, bir çox “Data Science” startaplarına texniki rəhbərlik etmişdir. Rəhbərliyini öz öhdəsini götürdüyü startaplardan biri isə “Silicon Valley”-də uğur qazanan layihələrdən biri kimi seçilmişdir. Mütəxəssis bununla yanaşı, “Data Science” və “Computer Science” üzrə konsultant və professor kimi də fəaliyyət göstərir. O, Amerikanın Stanford və Hollandiyanın Leiden Universitetlərində “Computer Science” üzrə dərs deyir, həmçinin, bu sahələrdə seminar və görüşlərdə konsultant kimi çıxış edir. Veysel Kocaman eyni zamanda İngiltərə, Hollandiya və digər Avropa ölkələrinin ən prestijli şirkətlərinin təklifi ilə işə qəbul prosesinə peşəkar olaraq rəhbərlik edir və texniki vakansiyalar üçün namizədlərin dəyərləndirilməsini icra edir
Caner Canak “Artificial Intelligence” sahəsi üzrə böyük təcrübəyə malik mütəxəssislərdən biridir. Bakalavr təhsilini Yıldız Teknik Universitetində Kompüter və İnformasiya Texnologiyası üzrə almış Caner Canak daha sonra öz təhsilini Türkiyənin ən prestijli universitetlərindən biri olan Boğaziçi Universitetində davam etdirmişdir. Bununla kifayətlənməmiş mütəxəssis öz sahəsində daha da peşəkarlaşmaq üçün Amerikada “City University of New York"da təhsil alaraq akademik inkişafına töhfə vermişdir. 10 ilə yaxın iş təcrübəsinə malik olan Caner Canak öz karyera həyatına "Software Engineer” olaraq başlamışdır. O bu sahə üzrə təcrübəsini müvafiq olaraq Dataserv Bilişim Teknolojileri şirkətində və təhsil aldığı "New York City ” Universitetində qazanmışdır. O, 2010-cu ildə Yapı Kredi Bankda "Senior Business Analyst" olaraq çalışmağa başlayaraq bu sahədə ilk professional təcrübəsini qazanmıışdır.
Daha sonra Caner Canak Türkiyənin hazırda ən böyük Süni İntellekt həlləri verən şirkətlərindən biri olan "Turkcell" şirkətində "Senior Business Analyst" kimi öz fəaliyyətini davam etdirmişdir. "Turkcell"də davam edən 8 illik fəaliyyəti boyunca Caner Canak "Expert Business Intelligence Analyst" və "Business Intelligence Manager" kimi vəzifələrə yüksəlmişdir. Hal-hazırda isə o, "Artificial Intelligence and Data Analytics Manager" kimi öz fəaliyyətini davam etdirir. Fəaliyyəti dövründə isə şirkətin “Artificial İntelligence” komandasını cəmi 2 ilə 0-dan qurmağa nail olmuşdur
Meltem Akçay Dünyaca məşhur “Microsoft” şirkətinin sertifikatlaşdırılmış partnyoru və eyni zamanda təlimçi ekspertidir. Bakalavr və Magistr təhsilini müvafiq olaraq Türkiyənin məşhur İstanbul və Yıldız Teknik Universitetində almış mütəxəssis, doktorantura təhsilini Avstriyanin “Johannes Kepler” Universitetində almışdır. Meltem Akçay burada təhsil aldığı müddətdə həm də “research assistant” kimi də fəaliyyət göstərmiş və texnoloji sahə üzrə öz araşdırmalarını zənginləşdirmişdir.
Türkiyədə öz professional fəaliyyətinə davam edən mütəxəssis, “Önder Akademi Endüstriyel Güvenlik Danışmanlık Eğitim ve İleri Teknoloji Ürünleri Ticaret” şirkətində proseslərin güvənliyi və risk analizi üzrə iki ilə yaxın texniki rəhbər kimi çalışmışdır. Daha sonra Meltem Akçay, “Netix Information Technology” şirkətində data analitik kimi fəaliyyətinə davam etmişdir. Hal-hazırda isə mütəxəssis “Rise Teknoloji Danışmanlık ve Eğitim Hizmetleri” şirkətində data analitik kimi çalışır
Pınar Ersoy "Data Science" sahəsi üzrə dərin təcrübəyə malik mütəxəssislərdən biridir. O öz bakalavr təhsilini "Software Engineering" üzrə Türkiyənin prestijli universitetlərindən olan Bahçeşehir Universitetində, magistr təhsilini isə həmin sahə üzrə Boğaziçi Universitetində almışdır.
"Data Science" üzrə peşəkar məşğul olmağa başlayan Pınar Ersoy bu sahə üzrə ilk professional karyera təcrübəsini “IBM Watson"da "IBM Content Analytics" üzrə almışdır. Daha sonra isə o “SAS” İnstitut Türkiyədə, Garanti Bankda müvafiq olaraq "Risk Analytics Associate" və "Associate Analytical Consultant" kimi fəaliyyət göstərmişdir. Burada kifayət qədər təcrübə qazanmış mütəxəssis daha sonra fəaliyyətini "Trendyol", "Talmix" kimi şirkətlərdə "Data Scientist" və "Analytical Consultant" kimi davam etdirmişdir. Hal hazırda isə o, "Commensis" şirkətində "Data Scientist" olaraq çalışır
Deniz Kılınç bakalvr və magistr təhsilini “Computer Science” üzrə Türkiyənin Dokuz Eylül Universitetində almış mütəxəssisdir. Bu sahə üzrə üzrə PHD dərəcəsi qazanmış mütəxəssis 15 ildən artıqdır ki, Türkiyənin “Univera Computer Systems”, “ Netsis Software”, “Commensis” kimi şirkətlərdə “Software Specialist”, “Software Architect”, “Software Department Manager” və “Researcher” kimi fəaliyyət göstərmişdir.
Deniz Kılınç eyni zamanda məşhur Nesnel Yazılım şirkətinin həmtəsisçilərindən biridir. Professor Türkiyənin Celal Bayar və Bakırçay Universitetlərində “Associate Professor” kimi “Data Science” və “Machine Learning” üzrə tədris vermiş və onlarla məqalələr və araşdırmalar dərc etmişdir. Mütəxəssis bununla yanaşı, müxtəlif şirkətlərin R&D layihələrində texniki rəhbər və konsultant kimi fəaliyyət göstərmişdir. Deniz Kılınç hal-hazırda isə “KaylBe.Al” şirkətinin qurucusu olub şirkətin “Data Science” departamentinin də rəhbəridir
İsrailli mütəxəssis Daniel Anderson ilk təhsilini "ORT Colleges " də "Computer Science" üzrə almış, bakalavr təhsilini isə "The Open University of Israel"də "Computer Science" üzrə davam etdirmişdir. Təhsilini başa vurduqdan sonra mütəxəssis ilk peşəkar karyera addımlarını ataraq "Israel Defence Forces" da 3 il müddətində texniki sahə üzrə işləməyə başlamışdır. Bu dövr ərzində Daniel Anderson "Software Development" komandasının rəhbəri olmuş, təlim və kurs proqramları təşkil edərək tələbələrə bu sahə üzrə tədris etmişdir.
Daha sonra isə mütəxəssis "Israeli Capoeira Center”də öz təlimçilik fəaliyyətini davam etdirərək "Software Development" üzrə müasir metodologiyalar ilə tanış olmuşdur. Burada öz təlimçilik bacarıqlarını və praktiki biliklərini təkmilləşdirdikdən sonra mütəxəssis "Backend Engineer and Data Scientist" kimi "Nutrino" şirkətində işləməyə başlamışdır. Daniel Anderson hal-hazırda "Wawiwa Tech Training" şirkətində "Chief Training Officer" kimi fəaliyyət göstərir
Qeydiyyatdan keçəndən sonra 3 iş günü ərzində sizinlə əlaqə saxlanılır.
Seçilən tələbələrlə razılaşdıqdan sonra “Datalent Bootcamp”-də iştirakla bağlı müqavilə imzalanır.
Proqrama uyğunluğunuzu müəyyən etmək üçün analitik və məntiqi suallardan ibarət test mərhələsi keçirilir. Bu mərhələdən keçə bilməyən şəxslər isə “Data Science Bootcamp”-ə hazırlıq təliminə yönləndirilir.
Texniki dəyərləndirmə mərhələsindən keçən namizədlər müsahibə mərhələsinə dəvət olunur.
Təhsil haqqı xarici mütəxəssislər tərəfindən tərtib edilmiş dünya standartlarına cavab verən dərs proqramına və təklif edilən digər xidmətlərə əsasən dövlətimizdəki orta aylıq əmək haqqı nəzərə alınaraq təyin edilmişdir. Həmçinin, “Datalent” şirkəti tələbələrin marağını nəzərə alaraq təhsil haqqı ilə bağlı da bir sıra təkliflər irəli sürür. Belə ki, “Data Science Bootcamp” proqramına qoşulmaq istəyən tələbələrə müvafiq şərtlər əsasında güzəştlər təqdim edilir. Şirkətin iş qarantiyası prinsipinə əsasən isə, iş ilə təmin olunmayan məzunlar üçün müqaviləyə əsasən geri-ödəniş həyata keçirilir.
Təhsil haqqı tələbələr tərəfindən aylıq və ya tam olaraq ödənilə bilər.
Ən çox verilən suallara cavab tapın: